Bu gün ərzində Ceyranbatan, Saray, Masazır, Biləcəri və Binəqədi qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
"Azərsu"dan unikal.org-a verilən xəbərə görə, məhdudiyyət Bakıətrafı kənd və qəsəbələrdə su təchizatı sistemlərinin yenidən qurulması layihələri çərçivəsində yeni tikilmiş su xətlərinin şəbəkəyə qoşulması ilə əlaqədardır.
İstehlakçılardan əvvəlcədən su ehtiyatı toplamaları xahiş olunur.
Yaranmış narahatlıqla əlaqədar "Azərsu ASC abonentlərdən üzr istəyir.