ABŞ-da gənc qız keçmiş sevgilisinə təcavüz edib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Montana əyalətində yaşayan Samanta Mirs adlı gənc qız köhnə sevgilisini təcavüz edib. 19 yaşlı Samanta gecə vaxtı əlindəki balta ilə keçmiş sevgilsinin evinə girib. Gənc qız daha sonra sevgilisini soyunmağa və onunla birlikdə olmağa məcbur edib.

Baltanı sevgilisinin boyun nahiyyəsinə dirəyən Samanta özü də soyunmağa başlayıb. Bundan sonra məcburən keçmiş sevgilisi ilə cinsi əlaqədə olub.

Sevgilisi onun əlindən qaçmaq istəyərkən qadın onun əlini dişləyib. Daha sonra yatağa uzanan qadın sevgilsindən şəkillərini çəkməsini istəyib. Gənc oğlan bu zaman fürsətdən istifadə edib qızın əlindən qaçaraq polisə məlumat verib.

Polis əməkdaşları həmin əraziyə gəlib və qadını tutub. Təcəvüzkar qadına 50 min dollar cəza kəsilib.

Yerli mətbuatın yazdığına görə aprel ayında Samanta həmin adamı döyərək boğmağa çalışıb. Gənc qızın psixoloji probleminin olduğu da iddia edilib.