Hindistanda qəribə hadisə baş verib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Vaşim əyalətinin Munqla adlı kəndində torpaq bölgüsü üstündə ailələr arasında dava düşüb. Torpaq bölgüsü zamanı ərazidə olan traktorun hərəkətinin qarşısını kəsmək üçün orta yaşlı bir kişi qoca anasından istifadə edib. Belə ki, kişi anasını traktorun qarşısınıa ataraq traktorun hərəkətinə mane olmaq istəyib.

Yaşlı qadının qorxaraq qışqırması baxmayaraq oğul fikrindən dönməyib. Hadisənin görüntüləri internetdə yayıldıqdandan sonra polis hərəkətə keçib.

Araşdırma aparan polis iki ailədən ümumilikdə 15 nəfəri saxlayıb. Hadisənin görüntüləri internetdə izlənmə rekorduna baxmayaraq, istifadəçilər insafsız övlada etirazlarını bildiriblər.