Keniyada bazar yanıb.  

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, yanğın ölkənin paytaxtı Nayrobi şəhərindəki məşhur Gikomba bazarında baş verib. Baş verən yanğın nəticəsində 15 nəfər ölüb, 70-dən çox insan isə müxtəlif dərəcəli xəsarətlər alıb. 58 nəfər yanıq xəsarətləri ilə xəstəxanaya müraciət edib, qalanlarına yerində yardım göstərilib.

Qeyd edək ki, Gikomba bazarı ikinci əl paltarlarının satışı ilə məşhurdur.