Kanada da 24 il ərzində 24 qadınla ailə həyatı quran kişini məhkəmə cəzalandırıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, 1990 və 2014-cü illər ərzində 24 həyat yoldaşı və 149 uşağı olan 61 yaşlı Winston Blackmore məhkəməyə çağırılıb.

Hakimin hökmü ilə, yetkinlik yaşına çatmayan çoxsaylı qadınlarla ailə həyatı qurduğu üçün 61 yaşlı kişi 6 aylıq ev həbsi və 150 saat iaşə obyektlərində pulsuz işləmək cəzası verib.

Bildirilib ki, Winston Blackmore ailə həyatı qurduğu qadınlardan 12-si 18 yaşına çatmayan qadınlar olduğu üçün sözügedən qərarla cəzalandırılıb.