Xarici işlər naziri Elmar Məmmədyarov Norveç Krallığının Azərbaycandakı səfiri Bard İvar Svendseni diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
XİN-in mətbuat xidmətindən unikal.org-a verilən məlumata görə, görüş zamanı enerji sahəsində etibarlı tərəfdaşlıq yüksək qiymətləndirilib.
Səfir diplomatik fəaliyyətinin həyata keçirilməsi üçün göstərilmiş dəstəyə görə Azərbaycan Respublikasına təşəkkür edib. Elmar Məmmədyarov Bard İvar Svendsenə gələcək diplomatik fəaliyyətində uğurlar arzulayıb.