Araşdırmalarda müxtəlif xərçəng şişlərinə sahib siçanlara paederus böcəyi zəhəri verildi və siçanların ömürünün uzandığı müəyyən olundu. Paederus böcəyinin xərçəng müalicəsində ümid işığı ola biləcəyini ifadə edən mütəxəssislər, ilk nəticələrin son dərəcə ümidverici olduğunu söylədi.

Unikal.org bildirir ki, qanadlı qarışqaya bənzəyən, əzilincə ifraz etdiyi maddə ilə insan bədənində yanıq və eqzema bənzəri allergik reaksiya meydana gətirən paederus böcəyi zəhərinin, xərçəng hüceyrələrinə zidd bir təsir göstərdiyi müəyyən edildi.

Paederusun, bahar və yaz dövründə açıq sahələrdə yanan işıqlara gəldiklərini və insanların bədəninin üzərində gəzişə bildiklərini söyləyən mütəxəssislər, belə dedilər: "Böcəyin insan bədəninə təmas etməsinin hər hansı bir qorxusu yoxdur, ancaq əzildiyi zaman bu zəhərli maddəni ifraz edirlər. Paederus böcəyi təxminən 4 milliqram ağırlığındadır. 4 kiloqram paederus böcəyindən 1 qram zəhər əldə edilir. 1 qram zəhər də onlarla insanı öldürməyə yetər. Hətta kobra zəhərindən 15 dəfə daha güclü bir zəhərdir".