Sakit okeanda Vanuatu sahillərində 5,5 bal gücündə zəlzələ baş verib.

Unikal.org-un Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Luqanvil şəhərindən 62 kilometr şimal-şərqdə, ocağı isə 122 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.