Moskvanın "Spartak klubunun hollandiyalı futbolçusu Kunsi Promes həbs olunub.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Promes İspaniyanın İbitsa adasında istirahət edərkən olis tərəfindən saxlanılıb. 

İlkin məlumata görə, məşhur futbolçu həyat yoldaşını döydüyü üçün həbs olunub. O, həyat yoldaşını hər kəsin gözü qarşısında vəhşicəsinə döyüb.

Ətrafda olan şəxslərin müdaxiləsindən sonra Promesi sakitləşdirmək mümkün olub. Məlumata görə, Promes Uesli Sneyderlə birgə istirahət edir. Ancaq hadisə baş verən zaman Sneyder orda olmayıb. Onun Promesin həbsindən bir qədər əvvəl otağına yollandığı deyilir.