İranın futbol üzrə milli komandası Dünya çempionatının qrup mərhələsini adlaya bilməsə də, nümayiş etdirdiyi oyunu ilə çoxunun rəğbətini qazanıb.

Unikal.org xəbər verir ki, Portuqaliya ilə oyunda İran millisinin üzvü Kərim Ansarifard son dəqiqələrində penaltidən fərqlənərək komandasına 1 xal qazandırıb.

O bununla da azərbaycanlı futbolsevərlərin diqqətini çəkib.

Cənubi Azərbaycandan, Ərdəbildən olan futbolçu qatıldığı bir televiziya proqramında türk olması ilə fəxr etdiyini bildirib.