Prezident İlham Əliyev "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin zabitlərinə ali hərbi və ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.
Unikal.org xəbər verir ki, sərəncamla Daxili İşlər Nazirliyinin aşağıdakı zabitlərinə ali hərbi və ali xüsusi rütbələr verilib:
general-leytenant ali hərbi rütbəsi
general-mayor Fazil Nəriman oğlu Ələkbərova
polis general-mayoru ali xüsusi rütbəsi
polkovnik Heydər Teyyub oğlu Heydərova.
Qeyd edək ki, Fazil Nəriman oğlu Ələkbərov Naxçıvan Muxtar Respublikasının daxili işlər naziridir.