Prezident İlham Əliyev Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşlarının təltif edilməsi haqqında Sərəncam imzalayıb. 

Unikal.org-un məlumatına görə, sərəncama əsasən, Azərbaycan polisinin yaranmasının 100 illik yubileyi münasibəti ilə və Azərbaycan Respublikasında ictimai təhlükəsizliyin və asayişin təmin edilməsində, cinayətkarlığa qarşı mübarizədə xüsusi xidmətlərinə, qarşılarında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin aşağıdakı əməkdaşları təltif ediliblər:

1-ci dərəcəli "Vətənə xidmətə görə ordeni ilə

Usubov Ramil İdris oğlu - general-polkovnik

Eyvazov Vilayət Süleyman oğlu - polis general-leytenantı

2-ci dərəcəli "Vətənə xidmətə görə ordeni ilə

Əliyev İsmət Rəşid oğlu - polis general-leytenantı