Səkidən düşərək yolu keçən gənc qızın ayağı sürüşüb, yıxılıb.

Sürətlə gələn maşının sürücüsü avtomobili saxlamaq istəsə də, mümkün olmayıb. Qız maşının altında qalıb.

Unikal.org Daily Mail-ə istinadən bildirir ki, inident Meksikanın Sonora ştatındakı Noqales şəhərində yaşayıb.

Avtomobilin qabaq təkərinin altında qalan 22 yaşlı Minerva F.S.-nı maşın iki metr sürüyüb.

Polisdən verilən məlumata görə, 22 yaşlı Minerva piyada keçidindən cəmi 40 metr aralıda yolu qaçaraq keçməyə çalışıb.