Gürcüstanın Baş naziri Mamuka Baxtadze hökumətin növbəti iclasında məmurların xidməti avtomobilləri ("Qara ciplər), eləcə də avtoparklarla bağlı yeni təşəbbüslə çıxış edəcək.

Unikal.org xəbər verir ki, bunu Baş nazir Mamuka Baxtadze iyunun 29-da keçirdiyi brifinqdə söyləyib.

Baş nazir deyib: "Bəzi nazirliklərdə, eləcə də cəmiyyətdə bu məsələyə münasibət birmənalı deyil. Ona görə də bizim həm dövlət məmurlarının "qara cipləri və avtomobil parkları, həm də vəzifəli şəxslərin fərdi avtomobilləri ilə bağlı yeni təşəbbüsümüz olacaq.

Xatırladaq ki, sabiq baş nazir Georgi Kvirikaşvili də bir müddət əvvəl nazirlərin və digər hökumət üzvlərinin qara rəngli xidməti avtomobillərdən - "qara ciplərdən istifadə etmələrinə qadağa qoyulması təklifi ilə çıxış etmişdi.

Yeni baş nazir həmin təşəbbüsün qüvvədə qaldığını vurğulayıb. (azertag)