ABŞ-ın Albakurke şəhərində silsilə bank qarətləri törədən 47 yaşlı cinayətkarın təqib zamanı polis tərəfindən soyuqqanlı şəkildə güllələnməsini əks etdirən görüntü yayılıb.

Unikal.org "Liveleakə istinadən xəbər verir ki, insident polis uniformasına bərkidilmiş müşahidə kamerasının obyektivinə düşüb.

Hadisə iyunun 16-da baş versə də, görüntüsü internetə yeniсə sızıb.

1995-ci ildən bəri çoxsaylı cinayətlər üzrə məhkumluğu olan 47 yaşlı Riçard Riveyra polis təqibindən qaçan zaman yaxın məsafədən veteran polis zabiti tərəfindən güllələnir. Polis əməkdaşı atəş açacağını xəbərdar etsə də o buna heç bir məhəl qoymayıb.

Bu oğrunun 39 yaşlı rəfiqəsi Cenifer Rayellə birgə bir həftə ərzində sayca üçüncü silahlı qarəti olub.Cinayətkar aldığı güllə yarasından dünyasını dəyişib.

Qeyd edək ki, bank oğrusunun piyada təqibi və güllələnməsi anı videonun altıncı dəqiqəsindən etibarən başlayır.(oxu.az)