"Taliban" hərəkatının yaraqlıları Əfqanıstan-Tacikistan sərhədində yerləşən Ayxanım çay limanını ələ keçiriblər.

Unikal.org  "İnterfaks"a istinadən xəbər verir ki, Əfqanıstanın Taxar vilayətində yerləşən Ayxanım bu gecə taliblərin əlinə keçib.

Qarşıdurma nəticəsində iki sərhədçi öldürülüb, daha iki nəfər isə yaralanıb. Eyni zamanda 5 hərbçi əsir düşüb, ABŞ-ın "Humvee" və iki "Ranger" polis maşını məhv edilib.