Azərbaycan prezidenti İlham Əliyev Kanadanın General-qubernatoru Jüli Peyetə Milli bayram - Kanada Günü münasibətilə təbrik məktubu ünvanlayıb.
Unikal.org-un xəbərinə görə, təbrik məktubunda deyilir:
"Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. Belə bir əlamətdar gündə Sizə və dost Kanada xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".