Misirdə avtobusun iştirakı ilə ağır yol qəzası baş verib.

Unikal.org-un yerli KİV-lərə istinadən verdiyi məlumata əsasən, hadisə nəticəsində 3 yerli sakin ölüb, daha 23-ü isə yaralanıb.

Qeyd olunur ki, avtobus sürücüsü idarəetməni itirib və avtobus sürətli avtomobil yolunda aşıb. Yaralıları çıxarmaq və yolu kəsən avtobusu kənara çəkmək üçün polis magistralı bağlamağa məcbur olub.