Türkiyə prokurorluğu tərəfindən İnterpol xətti ilə axtarışda olan Sərxan Qurtuluş Gürcüstanda həbs edilib.

Unikal.org teleqraf-a istinadən bildirir ki,o, cinayətkar şəbəkə quraraq şantaj, silahlı basqın, adam oğurluğu kimi ağır cinayətlərdə ittiham edilir.

Sərxan Qurtuluşun həbsi üçün Türkiyədə başlanan əməliyyatlar zamanı 49 nəfər saxlanılmışdı.

Hazırda Rustavi həbsxanasında olan Sərxan Qurtuluşun Türkiyəyə ekstradisiyası üçün sənədləşmə işləri aparılır.

Qeyd edək ki, Sərxan Qurtuluş Türkiyənin hava sahəsini pozan rus qırıcısının vurulmasından sonra paraşütlə atılan pilotu öldürdüyü üçün saxlanılan Alparslan Çeliklə birlikdə həbs edilmiş, daha sonra sərbəst buraxılmışdı.