Bolqarıstan yığmasının sabiq üzvü Xristo Stoiçkov DÇ-2018-in gedişi ilə bağlı danışıb.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Stoiçkov DÇ-nin qalibinin kim olacağı ilə bağlı proqnoz verməyib. Ancaq FİFA-nı ittiham edib:
"Mən proqnoz verə bilmərəm. Çünki bu məsələdə bir sıra müxtəlif faktorlar əsas rol oynayır. Ən əsas faktor odu ki, FİFA finalda Avropa komandalarının olmasını istəyir.
Əslində, FİFA-nın belə yanaşma tərzi yeni deyil. Təşkilat üçün Avropa həmişə prioritet olub.
Stoiçkov Bolqarıstan yığmasının heyətində DÇ-1994-də 4-cü yeri tutub.