Aptekdə əczaçının qulaxını kəsiblər. Hadisə Türkiyənin Mersin şəhərində baş verib. İstədiyi dərmanı aptekdən ala bilməyən şəxs əczaçının qulağını kəsib.

Unikal.org Türkiyə KİV-inə istinadla xəbər verir ki, bu əməli törədən şəxsin suriyalı olduğu və  ona eyni tərkibdə başqa dərman təklif edən aptekdəki satıcı Kamaloğlu ilə mübahisə etdiyi deyilib. 

Apteki tərk edən şəxs bir müddət sonra bir neçə həmyerlisi ilə birlikdə aptekə daxil olub. Onlar daha sonra işçilərə daş və dəyənəklərlə, soyuq silahlarla hücum çəkiblər. Yaralanan 4 əczaçı Tarsus Dövlət Xəstəxanasına çatdırılıb. Qulağı kəsilən aptek işçisinin vəziyyətinin ağır olduğu bildirilir.

Hazırda hadisə ilə əlaqədar 3 nəfər saxlanılıb.