Azərbaycan Kubokunun 25 mayda keçiriləcək final görüşündən öncə konsert proqramı təşkil olunacaq.
Unikal.org PFL-ə istinadən xəbər verir ki, saat 19:00-da başlanacaq proqramda Azərbaycan Respublikasının xalq artisti Aygün Kazımova, eləcə də Rauf iştirak edəcək. 
Qeyd edək ki, Azərbaycan Kubokunun "Qarabağ" və "Neftçi"nin iştirakı ilə keçiriləcək final oyunu Tofiq Bəhramov adına Respublika Stadionunda saat 20:00-da başlanacaq.
Nəzərinizə çatdıraq ki, ötən il Azərbaycan Kubokunun finalında əməkdar artist Röya Ayxan səhnədə yer almışdı.