Rusiya Dövlət Dumasının bir qrup deputatı və tanınmış ictimai xadimi 2016-cı ildə aprel döyüşləri zamanı Cəbrayıl rayonunun erməni işğalından azad edilmiş Cocuq Mərcanlı kəndinə gəlib.

Unikal.org xəbər verir ki, onlar bu gün keçiriləcək "Azərbaycan Rusiyanın Qafqazda yeganə müttəfiqidir" adlı konfransda iştirak edəcəklər.

Konfrans iştirakçıları arasında Rusiya Dövlət Duması Komitəsinin sədr müavini Dmitri Savelyev, Dövlət Duması spikerinin köməkçisi Vladislav Kalxidov, Dövlət Dumasının "Vahid Rusiya" partiyasından olan deputatı Aleksey Yezubov, Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Duqin, eləcə də ictimai xadim Maksim Şevçenko və başqaları var.

Tədbir iştirakçıları Azərbaycan və Rusiya əməkdaşlığının inkişaf perspektivləri üzrə fikir mübadiləsi aparacaqlar.