İranın Huzistan əyalətində əhali su problemi üçündən problemlərlə üzzləşib. Hətta 65 nəfər içməli sudan zəhərlənib.

Unikal.org qonşu ölkə mətbuatına istinadən xəbər verir ki, xalqın istifadə etdiyi çirkli sular zəhərlənməyə səbəb olub.

Xəbərdə bildirilir ki, ölkədə su böhranının olmasına səbəb yağışın və su qaynaqlarının azalması ilə ortaya çıxan quraqlıqdır. Evlərə də artıq duzlu sular verilir. ƏhaliBuna görə xalq əlavə olaraq təmiz su almaq məcburiyyətində qalıb.

Zəhərlənmələr və su qıtlığı səbəbilə Huzistan əyalətinin Abadan və Hürrəmşəhər şəhərlərində etiraz aksiyaları keçirilib.