Əfsanəvi fransız futbolçu Erik Kantona yenə də Braziliya millisinin üzvü Neymarı ələ salıb.
Unikal.org xəbər verir ki, Kantonanı narazı salan məqam Neymarın simulyasiyaya tez-tez meyllənməsidi. O, yeni aldığı çamadana braziliyalının adını verdiyini də bildirib:
"Bu mənim yeni çamadanımdı. Ona Neymar adını vermişəm. Ona görə ki, bu çamadana toxunan kimi yerində bir saat fırlanır.
Yeri gəlmişkən, Neymar, sən əla futbolçu və möhtəşəm aktyorsan. Amma ehtiyatlı ol. Səni sağ tərfədən vururlarsa, sən sol tərəfini tutub yerdə qıvrılmamalısan.