Kanadanın Toronto şəhərində atışma baş verib, nəticədə 2 nəfər ölüb. 

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, insident nəticəsində daha bir nəfər yaralanıb.

Ölənlərin şəxsiyyəti müəyyənləşdirilir. Cinayətkarların hadisə yerindən qaçdığı bildirilir.

Hadisə yerinə xeyli sayda polis əməkdaşları cəlb edilib, araşdırma aparılır.