Azərbaycanda ilk dəfə olaraq ömürlük azadlıqdan məhrum edilmiş məhkumlara şəxsiyyət vəsiqələri verilib.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən unikal.org-a verilən məlumata görə, Qaradağ Rayon Polis İdarəsinin Qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsi tərəfindən Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Həbsxanasında bununla bağlı tədbir keçirilib. Tədbir çərçivəsində Penitensiar Xidmət və Qaradağ Rayon Polis İdarəsinin Qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsinin əməkdaşları şəxsiyyəti təsdiq edən sənədi olmayan 30 məhkuma şəxsiyyət vəsiqələri təqdim ediblər.
Tədbirin sonunda ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumlara Həbsxana ərazisində yaradılmış meydançada arzu etdikləri vaxt ərzində voleybol oynamaq imkanı yaradılıb.