Avstraliya hökuməti dövlət və kilsə qurumlarında uşaqkən cinsi təcavüzə məruz qalan 60 minə yaxın insana təzminat ödəməyə başlayıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, ölkənin səlahiyyətli şəxsləri təcavüzə məruz qalanlara ümumilikdə 4 milyard dollar (təxm.7 milyard manat) təzminat ödəməklə onların ağrılarını bir qədər yüngülləşdirəcəklərinə ümid etdiklərini açıqlayıblar.

Ölkədə uşaq istismarı ilə bağlı beş illik araşdırmanın hesabatı hazırlanıb. Hesabatda məlum olub ki, uşaq istismarı kilsələr məktəblər, ordu, xeyriyyə təşkilatları və idman klubları daxil olmaqla bir çox qurumda meydana gəlib.

Avstraliyanın sosial müdafiə naziri Dan Tehan bununla bağlı mətbuata danışıb:

"Uşaqlar onları qorumalı olan təşkilatlar tərəfindən istismara məruz qalıb. Bu qurbanların təxminən 60 min nəfərinə dəstək olmağa çalışırıq və yanlarındayıq.

Bildirilir ki, orta hesabla bir nəfərə düşən təzminatın 67 min dollar (təxm.112 min manat) olması gözlənilir. Qurbanların ən yüksək təzminatı 150 min dollar  (təxm.250 min manat) olacaq.