Bir qrup şəxs 8 yaşlı qıza təcavüz edən şəxslər daha sonra onun boğazını kəsiblər.

Unikal.org xarici mediaya istinadən xəbər verir ki, hadisə Hindistanda törədilib. Məlumata görə, xəstəxanaya çatdırılan azyaşlının durumu ağırdır.

20-24 yaşlarında iki şübhəli saxlanılıb. Qeyd edək ki, hadisənin baş verdiyi rayonda iyunun 20-də 6 yaşlı qız toydan qaçırılaraq təcavüz edildikdən sonra qətlə yetirilib.

"Sənə dondurma alacam" vədi ilə aldadılan qızcığazın nəşi bir neçə gün sonra tapılıb.

Yerli polis məmuru təcavüzkarların yaşamağa haqqının olmadığını bildirib.