KXDR lideri Kim Çen In Koreya Xalq Ordusunun hərbi hissələrinin təftişini həyata keçirmək və onların işlərinə yerində rəhbərlik etmək üçün yenidən müəssisələrə getməyə başlayıb.

Unikal.org xəbər verir ki, iyunun 30-da Kim Çen In hərbi hissələrin birindəki yoxlamaya Rusiya istehsalı olan "Lada Priora avtomobili ilə gəlib. Bu, Cənubi Koreya və digər ölkə KİV-lərinin diqqətini dərhal cəlb edib. Mediada dərc olunan şəkillərdə Şimali Koreya liderinin avtomobilin arxa oturacağında əyləşdiyi görünür.

Qeyd edək ki, "Lada Priora avtomobili 2009-2012-ci illərdə Rusiyada ən kütləvi satılan avtomobil olub. 2017-ci ilin aprel ayınadək "AvtoBAZ tərəfindən istehsal edilən bu marka avtomobillərin sayı 1 milyon ədədə çatıb. Cari ilin mayında isə "Lada Prioranın istehsalı dayandırılıb.