Keniyanın paytaxtı Nayrobidə qəribə hadisə baş verib. Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Anidən xəstələnən körpəni xəstəxanaya aparan ailəyə ölüm xəbəri verilib. Cənazəylə evə qayldan ailə ölən övladları üçün yas mərasiminə hazırlaşıblar. Elə həmin anda ailə möcüzə ilə qarşılaşıb. Onlar övladlarının öskürdüğünü görüb sevinməyə başlayıblar.

Ancaq 20 günlük Cozef iki gün sonra yenidən xəstələnib və xəstəxanaya aparılıb. Burada həyatını itirən kiçik Cozef ailəsini bir daha yasa boğub.

Hadisəylə bağlı danışan körpənin anası bir az da erkən yas mərasiminə başlansa idi övladlarını diri-diri basdıracaqlarını deyib.

Ailə xəstəxana rəhbərliyini səhlənkarlıq iddiası ilə məhkəməyə verməyə hazırlaşır.