ETSN-nin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin əməkdaşları 02.07.2018-ci il tarixində Mingəçevir Su Anbarının Yevlax rayonunda reyd keçiriblər.
ETSN-nin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, reyd zamanı Yevlax rayonu, Xanabad kənd sakini 1998-ci il təvəllüdlü Hüseynov Şəhriyar Arif oğlu həmin ərazidə qanunsuz balıq ovladığı üçün saxlanılıb. Ondan qanunsuz ovladığı 13 ədad sırf balığı, ov zamanı istifadə etdiyi, qanunvericiliklə qadağan edilmiş 1 ədəd sintetik saplı jilka tor götürülüb. Vətəndaş Şəhriyar Hüseynov təbiətə vurduğu zərərə görə barəsində 429 manat mülki iddia qaldırılıb.