Məhkum saxladığı narkotiki könüllü təhvil verib. Belə ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmət əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində 1988-ci il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həbs edilən, 3 saylı İstintaq təcridxanasında saxlanılan Sədəfi Məhəmməd Nehmətulla oğlu Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozu ünvanında gizlətdiyi narkotik vasitəni könüllü olaraq təhvil verməyə razı olduğunu bildirib.
Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən unikal.org-a verilən məlumata görə, alınan məlumat əsasında 17.05.2016-cı il tarixdə Xəzər rayon Polis İdarəsinin və təcridxananın əməliyyat aparatının əməkdaşları tərəfindən yuxarıda göstərilən ünvanda soyuducunun altında gizlədilmiş, 0,5 qram narkotik vasitə - heroin aşkar edilərək götürülüb.
Faktla bağlı Xəzər rayon Polis İdarəsinin İstintaq şöbəsi tərəfindən araşdırma aparılır.