Çingiz Qənizadə: "Azərbaycanda siyasi məhbus var"
12:34 30-08-2012
SİYASƏT
Çingiz Qənizadə: "Azərbaycanda siyasi məhbus var"
"Amma bunların sayı 75-80 nəfər yox, 10-12 nəfərdir"
"Azərbaycanda siyasi məhbus var. Amma bu bəzi dırnaqarası hüquq müdafiəçilərinin dediyi kimi 75-80 nəfər deyil. Bunların sayı 10-12 nəfərdir."
Bu sözləri Milli Məclisin deputatı, hüquq müdafiəçisi Çingiz Qənizadə deyib. Onun sözlərinə görə, Azərbaycandakı siyasi məhbuslar ictimai-siyasi proseslər zamanı həbs olunublar: "Burada hansısa qaydalar pozulub, kimlərəsə ziyan dəyib və.s. Ümid edirik ki, yaxın vaxtlarda Hüquq Müdafiə Monitorinq Qrupunun apardığı danışıqlar müsbət nəticə verəcək və bu şəxslər azad ediləcək. Biz bu barədə işlərimizi davam etdiririk. Çox təssüflər olsun ki, vəkillər kolleqiyasının bəzi üzvləri müdafiə etdikləri şəxsləri də siyası məhbusların siyahısına salmaq istəyirlər".
Millət vəkili qeyd edib ki, Avropa Şurası siyasi məhbus məsələsini çox şişirib: "Avropa şurasının Azərbaycana nümayəndə göndərmədən siyahı tərtib etməsi düzgün deyil. Qərb siyasi məhbus məsələsində Azərbaycana qarşı qərəzli mövqedədir. Məsələni araşdırmadan qərar veriblər. Avropa Şurası Azərbaycanda olan siyasi məhbusların sayını internetlə müəyyən edib. Mən avropalı nümayəndələrlə görüşəndə onlar dedilər ki, biz bu siyahını bizə göndərilən məktub əsasında müəyyən etmişik. Bu siyahını kim göndərib, bəlkə hansısa cinayətkarın qardaşı yollayıb? Bu siyahı da adı keçən şəxslərin bəziləri həbsdə deyil, sadəcə adı gedir. Bütün bunlar araşdırılmalı idi. Görünür, Avropa bu məsələnin şişirilməsində maraqlıdır".
Digər Xəbərlər
2024-12-25 00:31:48
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35