Mayın 18-də "Silk Way" aviaşirkətinə məxsus yük təyyarəsinin Əfqanıstanda qəzaya uğrayıb. İlkin məlumata görə, təyyarənin 9 ekipaj üzvündən 7-si həlak olub.
 
Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasından unikal.org-a bildirilib ki, təyyarə Bakı vaxtı ilə təxminən saat 18:30 radələrində Dvayer hava limanından uçuş zamanı qəzaya uğrayıb.
 
Beynəlxalq heyət tərəfindən idarə edilən təyyarənin ekipajına 5 Azərbaycan, 3 Ukrayna və 1 Özbəkistan vətəndaşı daxildir.
 
Hadisənin səbəblərini araşdırmaq üçün komissiya yaradılıb. Komissiya üzvlərinin mayın 19-da hadisə yerinə gedəcəyi gözlənilir.