Prezident İlham Əliyev Rusiya-Azərbaycan mədəni əlaqələrinin möhkəmləndirilməsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Tamara İlyiniçna Sinyavskayanı "Şərəf ordeni ilə təltif edib.
Unikal.org xəbər verir ki, prezidentin digər sərəncamı ilə Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirakına görə Rüstəm Gülabba oğlu Xəlilov da "Şöhrət ordeni ilə təltif edilib.
Həmçinin, Tərlan Böyükbala oğlu Qorçuya isə "Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Əməkdar incəsənət xadimi fəxri adı verilib.