Kanadanın şərqində yerləşən Kvebek əyalətində qeydə alınan anomal istilər səbəbindən azı 33 nəfər dünyasını dəyişib.
Unikal.org TASS-a istinadən xəbər verir ki, bunu cümə axşamı regionun səhiyyə naziri Lüsi Şarlebua deyib.
Onun məlumatına görə, 33 ölüm halından 18-i əyalətin iri şəhəri olan Monrealda qeydə alınıb.