"Sabah Mingəçevirdəki İstilik Elektrik Stansiyasındakı işlər yekunlaşacaq.
Bu barədə Unikal.org-a açıqlamasında "Azərenerji ASC-nin baş mühəndisi Həsən Həsənov məlumat verib.
O vurğulayıb ki, hazırda qəzanın nəticələrini aradan qaldırmaq üçün ciddi işlər aparılır:
""Azərenerji ASC bütün mütəxəssisləri bu işi görməyə yönəldilib. Operativ tədbirlər nəticəsində qəza baş verən bütün avadanlıqlar yeniləri ilə əvəzlənir. Yaranan problemin 70-80 faizi aradan qaldırılıb. İşlər hələ də davam edir və yəqin ki, sabaha yekunlaşacaq.
Həsən Həsənov baş verən hadisəyə görə özü başda olmaqla, digər əməkdaşların vəzifələrindən azad olunmadığını deyib: "Mən "Azərenerji ASC-nin baş mühəndisi kimi deyirəm ki, nə Azərbaycan İstilik Elektrik Stansiyasının baş mühəndisi, nə də mən vəzifəmizdən azad olunmuşuq. Hazırda bu barədə söhbət də yoxdur.
Baş mühəndis Mingəçevir İstilik Elektrik Stansiyasında baş verən hadisə ilə əlaqədar cinayət işi qaldırılıdıqdan sonra "Azərenerji ASC hər hansı bir əməkdaşının istintaqa dəvət olunub-olunmamasına belə cavab verib: "Vallah, mənim bu məsələdən xəbərim yoxdur.