Paris-Qahirə reysini həyata keçirən "EgyptAir" aviaşirkətinə məxsus təyyarə radar ekranlarından itib.
Unikal.org RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, təyyarənin göyərtəsində 10 nəfər heyət üzvləri daxil olmaqla 58 nəfər olub.
Təyyarə Şarl-de-Qol hava limanından Paris vaxtı ilə saat 23:09-da yola düşüb.
Misirin mülki aviasiya naziri Şərif Fəthi Səudiyyə Ərəbistanının Ciddə şəhərinə səfərini yarımçıq qoyub.
Məlumata görə, o, Misirin "Egyptair" aviaşirkətinə məxsus "A320" tipli sərnişin təyyarəsinin Yunanıstanda radarlardan itməsi ilə əlaqədar olaraq təcili vətəninə qayıdıb.
Sərnişin təyyarəsinin göyərtəsində 58-59 sərniş və 5-6 heyət üzvünün olduğu bildirilir. Təyyarə Parisdən Qahirəyə uçurdu.
Parisdən Qahirəyə uçan və radar ekranlarından itən "Egyptair" aviaşirkətinə məxsus sərnişin təyyarəsi dənizə düşüb.
"Egyptair" aviaşirkətindəki mənbəyə istinadən "Məyadin" telekanalı öz "Twitter" səhifəsində yazıb.
"Egyptair" aviaşirkətindəki mənbələr iddia edirlər ki, təyyarə Aralıq dənizinə düşüb", — deyə məlumatda bildirilir.
(report)