Gəncə Şəhər İcra Hakimiyyətinin sui-qəsdə məruz qalan başçısı Elmar Vəliyevin dünən gecə saatlarında İsrailə aparılması ilə bağlı məlumat yayılıb. Yayılan xəbərdə onun müalicə reabilitasiya məqsədi ilə İsrailə aparıldığı qeyd edilib.
Unikal.org xəbər verir ki, Bizimyol.info-nun əməkdaşı yayılan xəbərlə bağlı Elmar Vəliyevin qardaşı, hərbi prokuroru Xanlar Vəliyevlə əlaqə saxlayıb. O, yayılan məlumatın yalan olduğunu bildirib, eyni zamanda qardaşına edilən sui -qəsdlə bağlı da danışıb.
"Hazırda vəziyyəti yaxşıdır. İsrailə aparılması ilə bağlı məlumat birmənalı yalandır. Harda olmasının fərqi yoxdu, əsas odur ki, yaxşıdır. İnşallah daha da yaxşı olacaq. Mənim qardaşım bir dövlət məmuru kimi çalışıb, dövlətinə sədaqətlə xidmət edib və xidmətləri göz qabağındadır. Gəncə bu gün dünyanın inkişaf etmiş şəhərləri içərisindədir. Sösüz ki, bu ölkə prezidentinin də diqqəti qayğısıdır. Hər kəs Allahı ilə işini görsün. Elmar Vəliyevə heç kim şəxsi məsələlərə görə qəsd eləməyib. Gəncəlilər hər zaman onu sevib, bu gün də sevir.
"Qaldı ki, Elmar Vəliyevə qəsd bu radikal dinçilərin işidir. O adamın özü, anası ermənidi və Rusiyanın xüsusi xidmət orqanlarında çalışır. İndi bundan nəticə çıxarın. Gülmək, ağlamaq, hirslənmək, xoş söz demək və s insanın emosiyalardır, bu mümkün olan şeydi. Bizim ailəmizdə aldığımız tərbiyə heç vaxt imkan vermir ki, kimisə söyəsən və ya vurasan döyəsən-¦Biz qanunlara hörmətlə yanaşan adamlarıq. Bizim babamız quranı başdan ayağa oxuyub tərcümə edirdi, amma biz heç vaxt mövhümatçı olmamışıq. Həmişə də bizə deyilib ki, Allaha inanın, dinə inanın.
"Bir daha deyirəm Elmar Vəliyevin vəziyyəti yaxşıdır. Onun haqda yayılan xəbərlər həqiqəti əks etdirmir. Sadəcə müəyyən müalicə prosesləri, reabilitasiyalar keçməlidir. O da yavaş-yavaş aparılır. Daha da yaxşı olacaq.