Prezident İlham Əliyev Meksikanın yeni prezidenti Andres Manuel Lopes Obradora təbrik məktubu ünvanlayıb.
Unikal.org xəbər verir ki, məktubda aşağıdakılar qeyd edilib:
"Hörmətli Andres Manuel Lopes Obrador,
Meksika Birləşmiş Ştatlarının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan ilə Meksika arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı və daha da möhkəmləndirilməsi yolunda birgə səylər göstərəcəyik.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Meksika xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm.