Türkiyənin Baş naziri Binəli Yıldırım "15 iyul şəhidlər körpüsündə intihar etmək istəyən 40 yaşlı kişini ölümdən xilas etdi.

Unikal.org türkiyə mətbuatına istinadən xəbər verir ki,Yıldırım körpüdən keçərkən bir nəfərin intihar etdiyini görüncə, kortejini dayandırıb. O, avtomobilindən düşərək körpüdən özünü atamaq istəyən kişinin yanına gedib. Onu ntihar etməməyə çağırıb. Bu zaman 40 yaşlı T.T adlı şəxs Yıldırımın sözünü dinləyib, onu qucaqlayıb. Binəli Yıldırım bundan sonra onu avtomobilinə aparıb və su içirdib.

Başbakan Yıldırım intihar edən şəxsi avtomobilinə apararaq bu sözləri deyib: "Bir daha belə şeyləri ağlına gətirmə. Heç bir şey insanın hayatına son vermek için səbəb ola bilməz. Hər kəsin çətin günləri ola bilər. Belə bir gündə də, Allaha sığınmaq və səbretmək lazımdır.