Yaponiyada leysan yağışlar və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 81 nəfərə çatıb, 60 nəfər itkin düşüb.

Unikal.org xarici mətbuata istinadən məlumatına görə, ölənlərin əksəriyyəti Honsyu adasındakı Xirosima və Sikoku adasındakı Exime əyalətlərinin sakinləridir.

Yapon hökuməti ümilikdə ordu, polis və digər dövlət təşkilatlarından olan 54 min nəfər insanı fəlakətin vurduğu ziyanı aradan qaldırmaq üçün sövq edib. 

Yaponiya Baş nazir Şinzo Abe bildirib ki, təbii fəlakət nəticəsində hələ xeyli sayda insanın itkin düşdüyünü və bir çoxunun köməyə ehtiyacı olduğunu deyib: "Zamana qarşı mübarizə aparırıq. Ölkədə riskli bölgələrdə yaşayan təxminən 2 milyon adam var. Onları evlərindən çıxarmağa ehtiyac var. Bəzi bölgələrdə sel suları çəkilib. Amma buna baxmayaraq təhlükə hələdə qalmaqdadır".