İtaliyada Avropanın ən yaşlı qadını Cuzeppina Procetto dünyasını dəyişib.

Unikal.org xarici mətbuata istinadən verdiyi xəbərə görə, 116 yaşlı qadın qitənin ən yaşlı qadını hesab edilirdi.

Onun hansı səbəbdən öldüyü barədə məlumat verilmir. Bildirilir ki, C.Procetto 117 yaşlı Yaponiya vətəndaşı Çixo Miyakidən sonra dünyanın ikinci ən yaşlı insanı idi.