"Bundan başqa borcum da var idi. Heç nə olmaz, bu il bağda dincəlmərəm, başqa yerə gedərəm" 
 
 
Nadir Qafarzadə bağ evini satıb. İfaçı bu barədə "Hər şey daxil" verilişində danışıb. O, pulsuzluqdan bu addımı atdığını bildirib: "Maddi problemlərim var idi. Oğullarım xaricdə təhsil alır. Onların təhsil haqqı yüksəkdir, ora ödəniş etməliydim. Mənim üçün önəmli olan övladlarımın təhsilidir. Bundan başqa borcum da var idi. Heç nə olmaz, bu il bağda dincəlmərəm, başqa yerə gedərəm".
 

Qeyd edək ki, N.Qafarzadənin iki (Loğman, Əziz ) oğlu var. Hər ikisi xaricdə təhsil alır. (Lent.az)