İyulun 6-da «Əks-səda»Beynəlxalq Jurnalist Tədqiqatları Mərkəzi İctimai Birliyi Gədəbəy rayonu, Heydər Əliyev Mərkəzində «Təhlükəsiz gələcək -Dayanıqlı İnkişaf Məqsədlərinin ictimai təbliği» mövzusunda dəyirmi masa keçirib.
Unikal.org xəbər verir ki, tədbirdə rayon icra hakimiyyətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarəsinin, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin regional idarəsindən və Əmək və əhalinin sosial müdafiəsi nazirliyindən olan nümayəndələr və Gədəbəy rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Gədəbəy rayon icra Hakimiyyətinin əməkdaşı Babək Hümbətovun təqdimat çıxışından sonra layihə rəhbəri Layihə rəhbəri Sevinc Kərimova layihə haqqında məlumat verib.
O, layihənin məqsəd və məramından söz açaraq bildirib ki, bu alyihədə məqsəd dayanıqlı İnkişaf anlayışının və bununla bağlı dövlətlərin və hər bir vətəndaşın öhdəliklərin ictimaiyyət arasında təbliği və bu anlayışların dərki yolunda marifləndirici tədbirlərdən ibarətdir. O, bildirib ki, layihə dövlətimizin tərəfdaş çıxdığı Dayanıqlı İnkişaf Məqsədlərinin tələbləri və məhdudiyyətləri üzrə öhdəsinə götürdüyü öhdəliklərin icrasi ilə bağlı fəaliyyətlərə dəstək olmaq vəzifəsini daşıyır. S. Kərimovanın sözlərinə görə, dəyirmi masalarda çoxlu sayda mərkəzdən uzaq rayonlarımıda yaşayan vətəndaşlarımızda gələcək nəslin mövcudluğu üçün məsuliyyətli olmaq , imkanları düzgün dəyərləndirmək təbii resurslara və ətraf mühitə daha həssas yanaşmaq kimi fikirlər aşılanacaq.
Tədbirdə İqtisadiyyat Nazirliyinin Gəncə-Qazax regional bölməsinin əməkdaşı Əli İsgəndərov mövzu ətrafinda çıxış edib. Ekologiya və təbii sərvətlər nazirliyinin 2 saylı ekologiya idarəsinin əməkdaşı Ruhi Kərimov, Gədəbəy rayon DSMF-nin əməkdaşı Elsun Xudaverdiyev də mövzun aktuallığı ilə bağlı fikirlərini bildiriblər.
Tədbirdə Davamlı inkişafın dayaqları olan ətraf mühit, kənd təssərüfatının inkişafı məsələlərinə toxuldu. BMT-nin 2030 Dayanıqlı İnkişaf Məqsədlərinin əsas şüarları səsləndirildi.
Dəyirmi masa iştirakçıları fəal müzakirələri çay sürəsi arxasında davam etdi.
Qeyd edək dəyirmi masa Azərbaycan Respublikası Prezidenti yanında Qeyri -Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə «Təhlükəsiz gələcək -Dayanıqlı İnkişaf Məqsədlərinin ictimai təbliği» mövzusunda tədbirlərin təşkili layihəsi çərçivəsində həyat keçirilir. İndiyədək Göranboy, Şəmkir rayonlarinda analoji tədbir keçirilrib. Növbəti dəyirmi masa iyul 20-də Zaqatala rayonunda baş tutacaq.