18 ay ərzindədənizdə boğularaq öldüyü düşünülənitkin qadınsahildəsağ tapılıb. 53 yaşlı qadın yaşlı əmisinin yuxuları sahəsində ortaya çıxıb. Hadisə İndoneziyada baş verib.

Hər kəsin ümidini kəsdiyi qadın əmisinin yuxularına girib və itdiyi yeri söyləyib. O üzərində 18 ay əvvəlki paltarlarıyla tapılıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, İndoneziyada Nininq Sunarşih adlı qadın 18 ay əvvəl ölkənin qərbindəki Sukabumi sahilində istirahətedərkən nəhəng dalğalar onuağuşuna alıb.

Bir neçə gün davam edən axtarışdan sonra sahildə bir qadın cəsədi tapılıb. Ancaq DNT testi nəticəsində cəsədin Nininq Sunarsihə aid olmadığı ortaya çıxıb. Bundan sonra qadının axtarışları dayandırılıb. Hadisənin üzərindən 18 ay keçdikdən sonra Sunaşihin əmisi qardaşı qızının Pualabuhanratu bölgəsində axtarmaq lazım olduğunu deyib. O bildirib ki, bu barədə yuxular görür. Əmi eyni yuxunu dəfələrlə təkrarən görməyə başlayıb. Buna görə də ailə üzvləri Sunarşihi axtarışı həmin bölgədə davam etdiriblər.

18 ay əvvəl itən Sunarşih Pualabuhanratuya yaxın bir sahildə quma bulanmış və koma vəziyyətində tapılıb. 53 yaşlı qadının yaşadığına görüb şoka düşən ailə təəccili yardım vertalyotu çağırıb və onu xəstəxanaya aparıblar.

Həkimlər onun tamamilə sağ qalma ethmalının olduğunu deyib. Ailə hadisə ilə bağlı danışmaqdan ehtiyat etdiklərini, ailə üzvlərinin sağ qaldığı üçün xoşbəxt olduqlarını deyib.