"Qafqaz Müsəlmanları İdarəsi (QMİ) yarandıqdan sonra, ən azı müstəqillik dönəmində bu idarənin tərkibində bir dənə də olsun radikal qrup və cərəyan yaranmayıb. Azərbaycanda İslam təmayülü bu cür cərəyanların olmamasını söyləmək fikrində deyiləm. Amma onların məhz QMİ-nin stukturunda, icmalarında yaranmasını təkzib edirəm".
Unikal.org xəbər verir ki, bunu QMİ-nin Aparat rəhbəri Simran Həsənov "Dini radikalizmlə mübarizədə birgə fəaliyyətin təşkili və əhəmiyyəti mövzusunda keçirilən konfransda deyib.
O vurğulayıb ki, İslam dininin radikalizmlə heç bir əlaqəsi yoxdur: "Ümumiyyətlə, bütün səmavi dinlər səbr və təmkin konsepsiyasına əsaslanır. Dini radikalizmin mahiyyətini araşdırdıqda onun psixi xəstəlik olması qənaətinə gəlirsən".
S.Həsənov qeyd edib ki, son illər ərzində Azərbaycanda dini radikalizmin qarşısının alınması üçün çoxsaylı tədbirlər keçirilib.