Krım tatarı Elvis Asanov məhkəmə zalında işğal olunan Krımda işinə Rusiya məhkəməsinin baxmasına və sonradan Rusiya həbsxanasına etap edilməsi
haqda qərara etiraz olaraq boğazını kəsib.
Hadisə mayın 11-də baş versə də, bu haqda yalnız indi məlumat yayılıb.
İnsan haqları üzrə regional mərkəzin və Ukrayna Helsinki ittifaqının eksperti Roman Martınovskinin sözlərinə görə, hazırda həmin kişi sağdır və onun barəsində Rusiyanın insan hüquqları üzrə yeni müvəkkili Tatyana Moskalkovaya məlumat verilib. (Modern.az)