İsrailin keçmiş XİN rəhbəri, ölkənin əsas ideoloqlarından sayılan Aviqdor Liberman müdafiə naziri təyin oluna bilər.
 
İsrail mətbuatı baş nazir Benyamin Netanyahunun artıq koalisiya qurulması üçün Bizim Ev-İsrail Partiyası ilə danışıqlara başladığını deyib. Netanyahu Libermanın partiyasına Müdafiə və Miqrasiya nazirliklərini təklif edib.
 
Qeyd edək ki, Liberman 2013-2015-ci illərdə İsrailin xarici işlər naziri olub. O, Azərbaycanın İsraildə əsas tərəfdaşlarından hesab edilir. (Trend)